Köçəryan Baş nazir müavini ilə bağlı iddialara cavab verib: “Qriqoryanı görməmişəm, onunla danışmamışam”

2026/01/1769677330.jpg
Oxunub: 440     15:22     29 Yanvar 2026    
“Mən Mher Qriqoryanı ümumiyyətlə görməmişəm, onunla danışmamışam”.

Ordu.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan 2020-ci ilin noyabrında və 2023-cü ilin sentyabrında öz iqamətgahında Baş nazir müavini Mher Qriqoryanı qəbul edib-etmədiyi, eləcə də Qaqik Tsarukyana Paşinyan hökumətində Qriqoryanın Baş nazir müavini olmasını xahiş edib-etmədiyi və onun istefasından imtina etməsinə razı salıb-salmadığı barədə sualı cavablandarkən deyib.

“Mən bilmirəm bu məlumat haradan çıxıb ki, o mənim evimdə olub və ya mən onu nəyəsə razı salmışam. Mən onu tanımıram”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin