“Milli Təhlükəsizlik Xidmətinin direktoru Karlos Petrosyanla Nikol Paşinyan barədə heç vaxt hər hansı söhbət olmayıb, çünki o dövrdə Nikol Paşinyan adlı bir fenomen mövcud olmayıb”.
Ordu.az xəbər verir ki, bunu bu gün mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan jurnalistin prezidentliyi dövründə MTX direktoru Karlos Petrosyanın ona Nikol Paşinyanın cəlb edilmiş agent olması barədə məlumat verib-vermədiyi sualına cavab verərkən deyib.
“Nikol Paşinyan kim idi ki? Mən o adamı ümumiyyətlə canlı görməmişəm. Heç vaxt da marağımı çəkməyib”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Köçəryan
Ermənistan