Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.
“Keçmiş üç prezident, mən, Serj Sarkisyan və Levon Ter-Petrosyan xarakter baxımından tamamilə fərqliyik. Baxışlarımız, iş üslubumuz və işlədiyimiz illərin səmərəliliyi də tam fərqlidir. Biz yalnız bir cəhətdən oxşarıq: hamımızın əmək kitabçasında prezident olduğumuz yazılıb. Əgər prezident olmağımız bu cür paket yanaşma ilə “seçkilərdə iştirak etməməlisiniz” demək üçün kifayətdirsə, onda nazirlər də iştirak etməməlidir, çünki nazir olublar, deputatlar da iştirak etməməlidir, çünki deputat olublar, insan hüquqları müdafiəçiləri də iştirak etməməlidir, çünki bu vəzifəni tutublar və sair. Bu, normaldır? Əlbəttə ki, normal deyil”, - deyə o bildirib.
Köçəryan qeyd edib ki, hər bir insan seçkilərdə iştirak edib-etməməyə və hansı formatda iştirak edəcəyinə özü qərar verir.
Jurnalistin Paşinyanın Ermənistanın keçmiş prezidentlərini talanda ittiham etməsi ilə bağlı qeydinə cavab olaraq Köçəryan deyib: “Maraqlısı budur ki, Paşinyan hakimiyyətə xalqı sevdiyini deyərək gəlib, sonradan məlum oldu ki, pulu sevir. Əgər xalqı sevsəydi, pensiyaçıların vəziyyəti bu cür olmazdı”.
Jurnalistin Köçəryanın siyasətdən getməsinə nə səbəb ola biləcəyi ilə bağlı sualını cavablandıran Köçəryan bildirib:
“2008-ci ildə heç bir dövlət vəzifəsi tutmadım, buraxdım və getdim. Həyatımın ən xoşbəxt illəri 2008-2018-ci illər olub, azad insan idim. Böyük bir şirkətdə çalışdım, böyük gəlir əldə etdim və hər şeyə görə məsuliyyət daşımadım. Bu, 1998-2008-ci illər ərzində daim ağır sınaqlardan keçmiş, böhranlı vəziyyətlərdə məsuliyyət üzərinə götürmüş bir insan üçün həzz idi. İndi də böhranlı vəziyyətdir və məsuliyyət götürmək və ya ondan yayınmaq seçimi qarşısındayam. Mən hesab edirəm ki, məndən yaxşı heç kim ölkəni bu vəziyyətdən çıxara bilməz. Əgər bütün istiqamətlər üzrə daha böyük təcrübəsi olan birinin adını çəkə bilsəniz, buyurun. İştirak formatımızı təqdim edəndə daha ətraflı danışacağıq. Hələ yekun qərar yoxdur. Bir az qabağa getdim”.
Alpər Mövludoğlu
Ordu.az