Ordu.az xəbər verir ki, bunu Ermənstanın ikinci prezidenti Robert Köçəryan bu gün keçirilən mətbuat konfransında deyib.
Xatırladaraq ki, əvvəlki seçkilərdə təxminən 25 siyasi qüvvə iştirak edib.
Köçəryan qeyd edib: “İndi imkan var ki, 8-10-dan artıq olmasın. Mən görürəm ki, müxalifət düşərgəsi seçkilərə 3, maksimum 4 iri blokla gedə bilər.
“Hayastan” blokuna gəldikdə, hələ yekun qərarımız yoxdur, amma eyni formatla getməyə meylliyik. Keçən dəfə demişdik ki, qərarı fevralda verəcəyik, hələ vaxtımız var.
Əvvəl dediklərim daha çox seçki baryerini keçməkdə çətinlik çəkə biləcək partiyalara aid idi ki, əvvəlki seçkilərdə olduğu kimi səslərin parçalanması baş verməsin. Mən istərdim ki, 3-4 belə blok olsun. Danışıqların getdiyi barədə məlumatım var, amma mənim təəssüratıma görə bu seçkilərdə mənzərə müxalifət üçün daha əlverişli olacaq. Yəni 25 subyekt yox, onlardan 20-21-i müxalifət düşərgəsindən olan vəziyyət olmayacaq”.
Bloka kimin rəhbərlik edəcəyi ilə bağlı suala cavab olaraq Köçəryan deyib ki, fevralın əvvəlində sorğu keçirəcəklər və nəticələrə əsasən qərar verəcəklər: “Əgər sosiologiya göstərsə ki, ən çox səs gətirən mənəm, deməli, mən qalacağam. Əgər blokumuzda daha çox səs toplaya biləcək biri varsa, onda o rəhbər olacaq. Mən çox sevinərəm ki, bu, mən olmayım, böyük bir yükdən azad olaram. Bu vəziyyətdə mübarizədən qaçmağı fərarilik hesab edərdim.
Bu gün mediada dərc olunan sosioloji sorğular göstərir ki, hələlik siyahıya başçılıq etməyə ən ehtimallı namizəd mənəm. Hazırda vəziyyət belədir, amma yekun qərar vermək üçün özüm də başa düşməliyəm ki, bu, bütün komanda üçün nə dərəcədə effektiv olacaq. Biz 2021-ci illə müqayisədə seçkilərə daha yaxşı mövqelərdən gedirik”.
Sabiq erməni prezident qeyd edib ki, sorğunu peşəkar sosioloji şirkətə sifariş edəcəklər.
Köçəryan əlavə edib ki, siyahıda müəyyən yenilənmə olacaq: “Həyat da göstərdi ki, bunu etmək lazımdır. Bizim formalaşmış aktiv komandamız var, amma şübhəsiz ki, siyahıda və komandada yeni insanlar da olacaq”.
Alpər Mövludoğlu
Ordu.az