Azərbaycan və Macarıstan minatəmizləmə ilə bağlı imzaladıqları sənədin icrasını müzakirə edib - FOTO

2026/01/1769678100.jpg
Oxunub: 432     13:00     29 Yanvar 2026    
Azərbaycan və Macarıstan minatəmizləmə sahəsi ilə bağlı imzaladıqları anlaşma memorandumunun icrasını müzakirə edib.

Bu barədə Ordu.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ilə görüşüb.

Görüşdə ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında bir müddət öncə imzalanan bacarıqların artırılmasının dəstəklənməsinə dair anlaşma memorandumunun icrası və digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Macarıstan  


Bizi "telegram"da izləyin