Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu gün mətbuat konfransında mövcud hakimiyyətin fəaliyyətini şərh edərkən bildirib.
“Burada ya insanlar öz təcrübələrindən nəsə öyrənmək qabiliyyətinə malik deyillər, ya da başqa motivləri var. Diversifikasiya sənin mövqelərini gücləndirməlidir. Onlar isə ordunu gücləndirmirlər. Ukrayna müharibəsində effektivliyini sübut etmiş eyni hava hücumundan müdafiə vasitələri bizdə də var idi. Ukraynada BAYRAKTAR pilotsuz uçuş aparatları iki həftə ərzində sıradan çıxarıldı, hamısı vuruldu. Bizdə niyə belə olmadı? Eyni hava hücumundan müdafiə vasitələri ilə BAYRAKTAR-ların işi bitdi”, - deyə o qeyd edib.
Köçəryan əlavə edib ki, səbəblərdən biri də “klubnika” tipli islahatlar aparılmasıdır: “Çünki nə qədər yaxşı mütəxəssis var idisə, hamısının adını oğru və talançı qoyub uzaqlaşdırdılar, yerlərinə isə yaltaq zabitlər təyin etdilər”.
Alpər Mövludoğlu
Ordu.az