Köçəryan: “Rusiya TRIPP layihəsində iştirak etməyəcək”

2026/01/1769677519.jpg
Oxunub: 550     13:03     29 Yanvar 2026    
“Əminəm ki, Rusiya TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsində iştirak etməyəcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənstanın ikinci prezidenti Robert Köçəryan bu gün keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komissiyasının sədr müavini Konstantin Zatulinin layihədə Rusiyanın iştirakı ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Kim deyib ki, Rusiya TRIPP layihəsində iştirak edəcək? Əksinə, ABŞ İranla yaxşı münasibətləri olan heç bir ölkənin bu layihədə iştirak etməməsi üçün əlindən gələni edəcək. Şəxsən məndə belə bir təəssürat var və məhz buna görə də layihənin real məqsədlərinə şübhə ilə yanaşıram”, - deyə Köçəryan bildirib.

Sabiq erməni prezident etiraf edib ki, əgər TRIPP layihəsinə ya Rusiya, ya da Çin qoşularsa, onu “iki əllə” alqışlayar.

“Bu, İranın layihə ilə bağlı narahatlıqlarını azalda bilər, lakin hazırda belə bir hal baş vermir. Mən belə bir imkan görmürəm. Konstantin Zatulin niyə bu bəyanatı verib, bilmirəm, amma şəxsən mənim heç bir məlumatım yoxdur və Ermənistanın Rusiyanı hansısa formada bu layihəyə cəlb etməyə çalışdığını düşünməyə əsas görmürəm”, - deyə o əlavə edib.

Xatırladaq ki, Konstantin Zatulin Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanı TRIPP layihəsinə cəlb etməyə çalışdığını, bununla da tənqidi öz üzərindən yayındırmaq və “oxları Moskvanın üzərinə yönəltmək” istədiyini bildirmişdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin