Erməni politoloq: “Azərbaycanın bütün tələbləri bir-bir həyata keçirilir”

2026/01/1769669474.jpg
Oxunub: 477     12:20     29 Yanvar 2026    
“Monqol-tatarların edə bilmədiyini Nikol Paşinyan bacardı. Sülh adı altında kapitulyasiya”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan “Facebook” səhifəsində yazıb.

“Bu gün vacib gün deyilmi? Elə bil belə vacib günlərdə səmimi olmaq, açıq danışmaq lazımdır.

Baxın, müxtəlif beynəlxalq reytinq cədvəlləri var. Məsələn, “Global Firepower” qeyd edir ki, dünyanın 145 ölkəsi arasında Ermənistan ordusu potensialına görə 101-ci yerdədir, Azərbaycan ordusu isə 60-cı yerdədir. Məntiqi sual yaranır: əgər belədirsə, onlar ordularını niyə inkişaf etdirməyə, strateji potensiallarını artırmağa davam edirlər?

İndi isə elə bir vəziyyət yaranıb ki, onların ordusu Ermənistan ordusundan bu qədər fərqlənir, biz isə müttəfiqlərimizlə münasibətlərimizi məhv etmişik. Belə bir şəraitdə sülhün gələcəyini necə təsəvvür edirsiniz? Yoxsa sülh adı altında kapitulyasiya gəlir? Niyə kapitulyasiya? Çünki Azərbaycanın bütün tələbləri bir-bir həyata keçirilir”, - deyə Matevosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Matevosyan   Ermənistan  


Bizi "telegram"da izləyin