“Ətrafımızda yetişən hərbi əməliyyatlara hazır olmaq lazımdır, bu, istənilən an başlaya bilər” - Zakaryan

2026/01/1769239912.jpg
Oxunub: 712     13:09     24 Yanvar 2026    
“Amerikalılar Yaxın Şərqə hansı qüvvələri göndəriblər?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının icraedici orqanının üzvü Artak Zakaryan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, İranla yenidən kəskinləşən qarşıdurma fonunda ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr yerləşdirir.

“Mərkəzi Komandanlıq (CENTCOM) bildirir ki, artıq gəlib (və ya sabaha qədər gələcək).

Dənizdən buraxılan “Tomahawk” qanadlı raket daşıyıcıları (esmineslər): “Mitcher, McFaul”, “Oscar Austin”, “Roosevelt”, “Bulkley”, “Paul Ignatius”, “South Dakota” və “Georgia” (zərbə təyinatlı).

Ümumilikdə 358 ədəd “Tomahawk” tipli raket və ümumi olaraq 454 raketlə “Lincoln” aviadaşıyıcı zərbə qrupu yoldadır.

“Abraham Lincoln” aviadaşıyıcı zərbə qrupu öz tərkibində “Mitcher”, “McFaul”, “Oscar Austin”, “Roosevelt”, “Bulkley”, “Paul Ignatius”, “South Dakota” və “Georgia” döyüş gəmiləri ilə birlikdə hərəkət edir”, - deyə Zakaryan qeyd edib.

Zakaryan bildirib ki, aviadaşıyıcı donanmasının təminat (dəstək) qrupu “Frank E. Petersen”, “Spruance”, “Michael Murphy” mühafizə gəmiləri, eləcə də 9 ədəd qırıcı aviasiya eskadrilyası ilə təchiz olunub.

“İrana bitişik sularda yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin” Mount Whitney”, “Lewis B. Puller”, “Canberra”, “Santa Barbara” mina axtaran hərbi gəmiləri də təcili şəkildə həmin əraziyə yönəlir və yerləşdirilir. Onlara “Carl Brashear”, “Henry J. Kaiser”, “Bruce S. Heezen” və “Marie Tharp” təminat-təchizat gəmiləri də qoşulub.

Yaxın Şərq əməliyyat qrupunun tərkibinə ABŞ Hərbi Hava Qüvvələrinin regionda yerləşdirilmiş 2 ədəd F-35 eskadrilyası, 3 ədəd F-15E eskadrilyası, 1 ədəd F-16 eskadrilyası və 1 ədəd A-10 eskadrilyası daxildir.

Kəşfiyyat, dəstək və logistika təyyarələri sırasında ABŞ qüvvələrinin tərkibində P-8A “Poseidon” patrul təyyarələri, C-17A “Globemaster” və KC-130J tipli hərbi-nəqliyyat təyyarələri, KC-135 “Stratotanker” və KC-46A “Pegasus” strateji yanacaq doldurma təyyarələri, eləcə də MQ-4C “Triton” tipli uzun müddət havada qalma qabiliyyətli pilotsuz uçuş aparatları mövcuddur”, - deyə o vurğulayıb.

Zakaryan yazıb ki, ABŞ Sahil Mühafizəsinin “Charles Moulthrop” (WPC-1141), “Robert Goldman” (WPC-1142), “Glen Harris” (WPC-1143), “Emlen Tunnell” (WPC-1144), “John Scheuerman” (WPC-1146) və “Clarence Sutphin Jr.” (WPC-1147) patrul gəmiləri də bölgədədir.

“Hərçənd Prezident Tramp İran əleyhinə güc tətbiqindən yayınmağa ümid etdiyini bəyan etmişdi, buna baxmayaraq, ətrafımızda yetişən hərbi əməliyyatlara hər cür, o cümlədən xüsusilə qaçqınlar məsələsi baxımından hazır olmaq lazımdır.

Bu, istənilən an başlaya bilər.

P.S. ABŞ Mərkəzi Komandanlığının komandanı Bred Kuper bu gün Təl-Əvivə gəlir və İsrail Müdafiə Qüvvələrinin komandanlığı ilə təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə edəcək. Fransanın “Air France” və Niderlandın KLM aviaşirkətləri isə yaxın günlər üçün Təl-Əvivə uçuşlarını ləğv edirlər”, - deyə o qeyd edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakaryan   Ermənistan  


Bizi "telegram"da izləyin