Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, məlum olub ki, ötən həftə onlar “Sarin” restoranında toplaşıblar.
“Yığıncaqda təxminən 60 nəfər iştirak edib. Nikol Paşinyan tək gəlib, həyat yoldaşı yanında olmayıb və iştirakçıları təəccübləndirən məqam isə onun özü ilə şəxsi ofisiantını və öz qədəhini gətirməsi olub. İştirakçıların dediyinə görə, Paşinyanın gətirdiyi ofisiant 18-20 yaşlarında bir gənc olub və yalnız ona xidmət edib”, - deyə KİV bildirib.
Nəşr qeyd edib ki, Paşinyan masaya əyləşəndə qarşısına qoyulmuş bütün qədəhlərin yığışdırılmasını tapşırıb və hər şeyi özü ilə gətirdiyi qədəhdən içib.
“İştirakçılar onun kifayət qədər ruhsuz olduğunu, musiqiyə qoşulmaqdan, rəqs etməkdən imtina etdiyini və ziyafəti ilk tərk edən şəxs olduğunu da qeyd ediblər. Qeyd edək ki, Arpi Davoyanın uşağının atası da tədbirdə iştirak etməyib.
Məsələdən xəbərdar şəxs bizə izah edib ki, ehtimal ki, Paşinyan onu zəhərləmək istədiklərindən şübhələnir. Məsələn, məşhur “Noviçok” maddəsi müxtəlif əşyalar, o cümlədən qədəh vasitəsilə insana verilə bilər. Yemək və içkilərdən isə şübhələnməyib, çünki hamı onlardan istifadə edib”, - deyə KİV yazıb.
Alpər Mövludoğlu
Ordu.az