Ermənistan-ABŞ işçi qrupunun ikinci iclası keçirilib

2026/01/1769189014.jpg
Oxunub: 426     21:21     23 Yanvar 2026    
Yanvarın 22-də 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammitində əldə olunmuş razılaşmaların icrası çərçivəsində Ermənistan-ABŞ işçi qrupunun ikinci iclası baş tutub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin müavini Sonata Koulter həmin gün Davosda keçirilən təntənəli mərasimdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Sülh Şurasının yaradılmasını və Ermənistanın bu quruma təsisçi üzv kimi qoşulmasını alqışlayıblar.

Qeyd edilib ki, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının inkişafı istiqamətində əldə olunan irəliləyişi məmnunluqla qeyd ediblər. Eyni zamanda, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin Ermənistan-ABŞ çərçivəsində həyata keçirilməsinə dair mexanizmin qəbul edilməsi daha bir mühüm nailiyyət kimi vurğulanıb.

“İşçi qrup iqtisadi əməkdaşlıq, energetika, yüksək texnologiyalar və digər sahələr üzrə gündəlik məsələləri müzakirə edərək qarşıdakı dövr üçün görüləcək işləri müəyyənləşdirib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin