"8-9 yanvar tarixində baş verən hadisələri terror hadisəsi kimi qiymətləndiririk" - İran rəsmisi

2026/01/Ekran-1769180526.jpg
Oxunub: 464     18:29     23 Yanvar 2026    
8-9 yanvar tarixində baş verən hadisələri terror hadisəsi kimi qiymətləndiririk.

Ordu.az xəbər verir ki, bunu bu gün İran İslam Respublikasının xarici işlər nazirinin konsulluq və parlament məsələləri üzrə müavini Vəhid Cəlalzadə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə dostluq görüşündə deyib.

O bildirib ki, sonrakı günlərdə İranda 3 117 nəfər həlak olub, onların arasında sivil vətəndaşlar, asayışı qoruyan polis əməkdaşları və digər mülki şəxslər olub. Onlardan 2 427-si mülki şəxs, 690-ı terrorist olub.

"8-9 yanvar tarixlərində terrorçu üslubunda edilən etirazlar iqtisadi vəziyyətdən narazılıqla qaynaqlanan etirazlara bənzəmirdi. Həmin hadisələr etirazların ilk günündən tamamilə fərqlənirdi. Onların əllərində silahlar var idi.

Bizim əlimizdə elə videomateriallar var ki, etirazçı bıçaqla polisi yaralayır və daha sonra onu yandırır. Yaralı şəxsin təcili tibbi yardım maşınına minməsinin qarşısını alıblar, onun ölümünə səbəb olublar.

305 avtobus və təcili tibbi yardım maşını, 700 market, satış mərkəzi, 300 yaşayış binası, 750 bank, 414 dövlət binası və 749 polis məntəqəsi, 200 məktəb, 350 məscid, 15 kitabxana, 253 avtobus dayanacağı və 800 şəxsi avtomobil yandırılıb və məhv edilib", - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Cəlalzadə  


Bizi "telegram"da izləyin