Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor, enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, marşrut çərçivəsində Cəbrayıl-Naxçıvan elektroenergetika qovşağı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da a) Azərbaycan eksklavının elektrik enerjisi ilə təmin olunmasına və b) Türkiyə üzərindən Avropaya elektrik enerjisinin svop-təchizatına xidmət edəcək.
“Aİ bunu diversifikasiya adlandıracaq, lakin faktiki olaraq bu, Vaşinqtonun Brüssel üzərində təsirinin növbəti aləti olacaq.
Xüsusilə diqqətəlayiqdir ki, 2025-ci ilin noyabrında Paşinyan və İlham Əliyev Kopenhagendə “Tramp yolu” ilə elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisi məsələsini müzakirə ediblər.
Faktiki olaraq Ermənistanın elektroenergetika sisteminin Azərbaycan sisteminə inteqrasiyası müzakirə olunur”, - deyə Davtyan bildirib.
Davtyan vurğulayıb ki, buradan da AES-in qeyri-müəyyən gələcəyi və “Ermənistan Elektrik Şəbəkələri”nin “odiseyası” ortaya çıxır.
“Eyni marşrut üzrə qaz kəmərinin tikintisi ayrıca problemdir. Uzaq məqsəd “Transxəzər qaz kəməri”nin inşasıdır ki, bununla Mərkəzi Asiyadan, xüsusilə Türkmənistandan Avropaya qaz ixracı təmin olunsun.
Lakin bu, Xəzər dənizinin hüquqi statusu problemi nəzərə alınmaqla uzunmüddətli və son dərəcə mürəkkəb hədəfdir.
Qısamüddətli perspektivdə isə TRIPP çərçivəsində tikiləcək qaz kəməri Ermənistanın qaz nəqliyyat sisteminə qoşulacaq, nəticədə Rusiyadan qaz idxalı əhəmiyyətli dərəcədə azalacaq və “Qazprom Ermənistan”ın milliləşdirilməsi, daha sonra isə hansısa Qərb şirkətinə verilməsi məsələsi gündəmə gələcək.
Bu ssenari yeni deyil”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az