ASELSAN-dan Filippin Sahil Mühafizəsinə SMASH tədarükü

2025/06/Ekran-1751111987.jpg
Oxunub: 434     17:48     28 İyun 2025    
6 milyon ABŞ dolları dəyərindəki müqavilə çərçivəsində Filippin Sahil Mühafizəsinə (PCG) 2 ədəd 30 mm-lik uzaqdan idarə olunan top sistemi MUHAFIZ (SMASH) tədarük olunacaq.

Ordu.az xəbər verir ki, Filippin Sahil Mühafizəsi “Magbanua” sinfinə məxsus 97 metrlik patrul gəmilərinin silah sistemlərini gücləndirmək üçün ASELSAN ilə razılaşma əldə edib.

Müqavilə çərçivəsində iki ədəd 30 mm-lik uzaqdan idarə olunan top sistemi SMASH tədarük olunacaq. Bu yeni sistemlər hazırda 12.7 mm-lik pulemyotlarla təchiz olunmuş gəmilərin əsas silahlarını təşkil edəcək.

Filippin hal-hazırda 2 ədəd “Magbanua” sinfinə məxsus gəmini istismar edir. Bu gəmilər – BRP “Teresa Magbanua” və BRP “Melchora Aquino” – 2022-ci ildə Filippin Sahil Mühafizəsinə təhvil verilmişdi. İndi isə əlavə 5 gəminin tədarükü gündəmdədir. Yaponiyanın “Mitsubishi” şirkəti tərəfindən istehsal olunan bu gəmilər dəniz təhlükəsizliyi patrulları, axtarış və xilasetmə, narkotiklə mübarizə, logistika, neft sızmalarına müdaxilə və ətraf mühitin mühafizəsi kimi vəzifələrdə istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Filippin   SMASH  


Bizi "telegram"da izləyin