İsrailin İrana hücumlarında öldürülən nüvə alimlərinin adı açıqlanıb

2025/06/1749908021.jpg
Oxunub: 368     12:34     28 İyun 2025    
12 gün ərzində İsrailin İrana hərbi hava hücumlarında 13 nüvə alimi öldürülüb.

Ordu.az-ın məlumatına görə, bu gün Tehranda yüksək rütbəli hərbçilərlə yanaşı nüvə alimlərinin də dəfn mərasimi keçirilib.

12 gündə İsrailin İrana hərbi hücumlarında öldürülən nüvə alimləri aşağıdakılardır:

Feridun Abbasi

Məhəmməd Mehdi Tehrançi

Əbdülhəmid Minuçehr

Əhməd Rza Zülfüqari

Əmir Hüseyn Feqhi

Əkbər Mətləbizadə

Mənsur Əsgəri

Əsğər Haşemi Tabar

Süleyman Süleymani

Əli Bakuyi Ketrimi

Səidr Borci

Mustafa Sadati

Məhəmməd Rza Sədiqi Sabir

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin