Ordu.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla Bin Zayed Əl Nəhyanla telefon söhbətində deyib.
Onun sözlərinə görə, İran region ölkələri, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq münasibətlərinə önəm verir və İsrail və ABŞ-nin İran əleyhinə hücumları ilə əlaqədar məsuliyyətli mövqelərini təqdirəlayiq hesab edir.
Araqçi əlavə edib ki, ABŞ və İsrailin İran əleyhinə qanunsuz hücumları BMT nizamnaməsi və beynəlxalq hüquq prinsiplərini pozub, regional sülh və stabilliyə hədə hesab olunur.
İranlı nazir region ölkələri arasında sülh və stabilliyin möhkəmlənməsi üçün həmrəyliyin vacibliyini qeyd edib.
Telefon söhbətində BƏƏ xarici işlər naziri Abdulla Bin Zayed Əl Nəhyan da Tehran-Əbu-Dabi arasında münasibətlərə diqqət yetirərək, regional sülh və stabilliyin qorunması istiqamətində bütün region ölkələrinin birgə səyi və əməkdaşlığının vacibliyini qeyd edib.
Ordu.az