İran Qətərlə və başqa qonşu ölkələrlə yaxşı qonşuluq prinsipinə sadiqdir – XİN

2025/04/1745230872.jpg
Oxunub: 288     13:01     24 İyun 2025    
İran həmişə Qətər və başqa qonşu ölkələrlə yaxşı qonşuluq prinsipinə sadiqdir.

Ordu.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ-nin 22 iyun 2025 tarixində İranın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi təcavüzünə reaksiyada BMT nizamnaməsinin 51-ci müddəasına əsasən qanuni müdafiə haqqını icra edərək “Əl-Üdeyd” ABŞ hərbi bazasına raket hücumları həyata keçirilib.

Bəqai bildirib ki, bu müdafiə addımı heç bir vəchlə dost və qonşu Qətərə qarşı hesab olunmamalıdır və İran Qətərlə özünün yaxşı və dərin köklərə malik münasibətlərinə sadiqdir.

“İran ABŞ və İsrailin İrana qarşı hücumlarının İranla region ölkələri arasında qarşıdurma yaratmasına icazə verməməyə çalışır”, - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qətər  


Bizi "telegram"da izləyin