İrandan İsrailə raket atılması ilə bağlı xəbərləri təkzib olunur – İran televiziyası

2025/06/1750734508.jpg
Oxunub: 305     12:40     24 İyun 2025    
İran tərəfindən İsrailə raketin atılması ilə bağlı yayılan məlumatlar təkzib olunur.

Ordu.az-ın məlumatına görə, bu barədə İran televiziyası məlumat yayıb.

Məlumata görə, atəşkəs rejimi tətbiq olunduqdan sonra İran İsrailə raket atmayıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin