İsrailin Qəzzaya son hücumları nəticəsində 84 fələstinli həlak olub

2025/06/1750398039.jpg
Oxunub: 337     08:45     20 İyun 2025    
İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 84 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Ordu.az xəbər verir ki, bu haqda Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşəşn Netzarim dəhlizi ətrafında yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinlilərə hücum edib.

Qəzza zolağının cənubundakı Xan Yunis və Rəfah arasındakı yardım paylama mərkəzinin yaxınlığında gözləyən fələstinlilər də İsrail əsgərlərinin hədəfində olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin