“Hizbullah” lideri İrana qarşı təcavüzə cavab vermək hüququnu özündə saxladığını deyib

2025/06/1750386841.jpg
Oxunub: 371     05:40     20 İyun 2025    
Livanın “Hizbullah” hərəkatı İran və İsrail arasında davam edən münaqişədə neytral mövqe tutmaq niyyətində deyil, əksinə verəcəyi qərara uyğun hərəkət etmək hüququnu özündə saxlayır.

Ordu.az xəbər verir ki, bunu “Hizbullah” lideri Naim Qasim əl-Mənar telekanalına deyib.

"Biz neytral deyilik. Biz öz mövqeyimizi açıq şəkildə bəyan edirik. Biz İranın, onun rəhbərliyinin və xalqının tərəfindəyik", - Qasim deyib.

Qeyd edək ki, cümə axşamı ABŞ-ın xüsusi nümayəndəsi Tomas Barak Beyrutda Livan parlamentinin sədri Nəbih Berri ilə görüşdən sonra İran və İsrail arasında hazırkı silahlı qarşıdurmada “Hizbullah” hərəkatının hər hansı iştirakı pis qərar olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İran  


Bizi "telegram"da izləyin