General Məcid Xadimi “Sepah”ın yeni kəşfiyyat rəisi təyin edilib

2025/06/1750386217.jpg
Oxunub: 366     00:22     20 İyun 2025    
General Məcid Xadimi İsrail zərbəsi nəticəsində ölən Məhəmməd Kazımi əvəzinə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) yeni kəşfiyyat rəhbəri təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Xatırladaq ki, iyunun 15-də “Iran International” telekanalı “Sepah”ın kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazimi İsrail hücumları nəticəsində dağıntılar altında qaldığını bildirmişdi.

Həmin gün hərbi birləşmənin mətbu orqanı olan “Sepah News” Kaziminin İsrail hücumu nəticəsində öldüyünü təsdiqləmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sepah   İran  


Bizi "telegram"da izləyin