Leninqrad vilayətinin vitse-qubernatoru evində ölü tapılıb

2025/06/1750360035.jpg
Oxunub: 480     23:06     19 İyun 2025    
Leninqrad vilayətinin vitse-qubernatoru İqor Petrov Yukki kəndindəki evində ölü tapılıb.

Ordu.az xəbər verir ki, region administrasiyasına yaxın mənbə RBK-ya bildirib ki, onun ölümünün əsas versiyası odur ki, təsadüfən açılan atəş nəticəsində silahı təmizləyərkən ölüb.

78.ru-nun mənbəsi də Petrovun silahını təmizləyərkən ölümcül yaralandığını təsdiqləyib.

Leninqrad vilayəti administrasiyası onun qəfil öldüyünü təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin