Netanyahu: "İsrail əməliyyatının məqsədi İran hökumətini devirmək deyil"

2025/06/1750013105.jpg
Oxunub: 406     21:26     19 İyun 2025    
İran hökumətinin devrilməsi İsrailin İrandakı əməliyyatının məqsədi deyil, nəticəsi ola bilər.

Ordu.az-ın məlumatına görə, bunu İsrail Baş naziri Benyamin Netanyahu "Kan" dövlət televiziya və radio şirkətinə müsahibəsində deyib.

"Əsas məqsəd İranın nüvə təhlükəsini aradan qaldırmaqdır. İkincisi, Tehrandan ballistik raket təhlükəsini aradan qaldırmaq lazımdır. Eyni zamanda, İranda hökumətin qeyri-sabit olacağı da göz qabağındadır. Bu, məqsəd deyil, nəticə ola bilər", - Netanyahu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin