Xamenei: "ABŞ-ın meydana çıxması İsrailin zəifliyinin və bacarıqsızlığının göstəricisidir"

2025/06/1750240520.jpg
Oxunub: 463     18:01     19 İyun 2025    
“Hər şeyə qadir olan Allah mütləq İran xalqına, həqiqətə və haqq yolda olan tərəfə qələbə əta edəcək”.

Ordu.az xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Əli Xamenei X hesabında paylaşımında yazıb.

“Mən sizə demək istərdim ki, düşmən ondan qorxduğunuzu hiss etsə, sizdən əl çəkməyəcək. Bu günə qədər etdiyiniz rəftarı davam etdirin, bu rəftarı qüdrətlə davam etdirin”, - deyə Xamenei vurğulayıb.

İranın Ali rəhbəri onu da əlavə edib ki, İsrailin amerikalı dostlarının meydana çıxması və məlum bəyanatları səsləndirməsi rejimin zəifliyinin və bacarıqsızlığının göstəricisidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xamenei   ABŞ  


Bizi "telegram"da izləyin