Ordu.az xəbər verir ki, bu barədə "Armyrecognition" məlumat yayıb.
Çəkisi 13,6 ton olan GBU-57 dünyanın ən güclü konvensional bunker dəlici bombalarından biri kimi tanınır.
Xüsusilə yüksək mühafizə olunan yeraltı tikililərin və nüvə obyektlərinin dağıdılması üçün hazırlanmış sursat təxminən 60 metrə qədər betondan keçmə qabiliyyətinə malikdir.
İsrailin tələbinin arxasında İranın nüvə fəaliyyətlərini daha dərin və daha qorunan strukturlar altında həyata keçirməyə başlaması göstərilir.
İddialara görə, İran Natanz və Fordo kimi mühüm obyektlərini yerin daha dərinliyinə apararaq, mümkün hava hücumlarından qorumağa çalışır.
Vaşinqton administrasiyası isə bu cür qabaqcıl silah sistemlərinin paylaşılmasında olduqca diqqətli davranır. Bu bombanın İsrailə verilib-verilməyəcəyi və ya verilərsə transferin hansı şərtlərlə reallaşacağı hələlik bəlli deyil.
Sevinc Əliyeva
Ordu.az