Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin satınalma hədəfi ilə bağlı Cenninqs hələ aşılması lazım olan bəzi maneələrin olduğunu söyləyərək, layihənin rəvan getmədiyinə diqqət çəkib.
Cenninqsin sözlərinə görə, bu maneələrdən birinin xarakteri “Eurofighter”in baş direktoru tərəfindən “olduqca həssas” kimi təsvir edilir.
Bu iki açıqlama Türkiyənin 40 yeni nəsil döyüş təyyarəsi almağı hədəflədiyi layihənin texniki və maliyyə ölçülərindən kənarda mürəkkəb və çoxtəbəqəli diplomatik zəmində irəlilədiyini ortaya qoyur.
Layihənin əsas dinamikasını təyyarələri istehsal edən beynəlxalq konsorsiumun strukturu təşkil edir. Böyük Britaniya, Almaniya, İspaniya və İtaliya ilə ortaq şəkildə hazırlanan “Eurofighter Typhoon” döyüş təyyarələrinin bir ölkəyə satılması üçün dörd tərəfdaşın hamısı yekdilliklə razılaşmalıdır.
Britaniya və İspaniyanın Türkiyənin tələbinə müsbət baxdığı məlum olsa da, prosesin yekunlaşması üçün bütün tərəfdaşların “yaşıl işıq” yandırması vacibdir.
Sevinc Əliyeva
Ordu.az