Ordu.az xəbər verir ki, Kacır sosial media hesabındakı paylaşımında iki şirkətin ortaqlığı ilə bağlı qiymətləndirmə verib.
“Baykar” və “Leonardo” arasında qurulan ortaqlığın iki ölkənin gələcəyinə töhfə verəcəyini vurğulayan Kacır qeyd edib:
“Türkiyənin müdafiə sənayesi ixracatını, Avropanın təhlükəsizliyində oynayacağı rolu və beynəlxalq diplomatiyadakı effektivliyini gücləndirəcək. Türkiyə “Milli Texnologiya Həmləsi” ilə əldə etdiyi qazancları siyasi, iqtisadi və strateji uğurlarla taclandırmağa davam edəcək. Bu çətin coğrafiyada bu günə qədər olduğu kimi sülh və sabitlik adası olmağa davam edəcək Türkiyənin gücü qurduğumuz beynəlxalq ittifaqlarla güclənməyə davam edəcək. Xeylir olsun”.
Sevinc Əliyeva
Ordu.az