Niderlandın Təl-Əvivdəki səfirliyinin binası raket zərbəsi zamanı zədələnib

2025/06/1750326965.jpg
Oxunub: 343     13:46     19 İyun 2025    
Niderlandın Təl-Əvivdəki səfirliyinin binası İranın raket zərbəsi nəticəsində zədələnib.

Ordu.az İsrailin 12-ci kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, dəymiş ziyan cüzidir, zərbə nəticəsində diplomatik nümayəndəliyin pəncərəsi sınıb. Ölən və yaralanan yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   İsrail  


Bizi "telegram"da izləyin