İsrail ordusu Arakdakı nüvə reaktorunu zərərsizləşdirdiyini bildirib - YENİLƏNİB

2025/06/1750330001.jpg
Oxunub: 673     14:31     19 İyun 2025    
İsrail ordusu İranın Arak bölgəsində yerləşən nüvə reaktorunu uğurla hədəfə aldığını elan edib.

Ordu.az xəbər verir ki, İsrail ordusu “X” platformasındakı paylaşımında bildirib ki, bu reaktor nüvə silahı istehsal etmək üçün tikilmişdi və artıq zərərsizləşdirilib.



***

“İnşası davam edən Xondab (keçmiş Arak) ağır su tədqiqat reaktoru vurulub”.

Ordu.az-ın məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) “X” hesabında qeyd edib.

Bildirilib ki, tikilməkdə olan Xondab ağır su reaktoru İsrail tərəfindən vurulub. Bu reaktor fəaliyyətdə deyildi və heç bir nüvə materialı ehtiva etmirdi. Buna görə də radioloji təhlükə yoxdur. Hal hazırda Xondab ağır su zavodunun vurulması ilə bağlı isə məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   Xondab  


Bizi "telegram"da izləyin