Kreml: İsrail Buşehr AES-də işləyən rusiyalı mütəxəssislərin təhlükəsizliyinə söz verib

2025/02/1739357267.jpg
Oxunub: 368     11:51     19 İyun 2025    
İsrail İranın Buşehr AES-də işləyən rusiyalı mütəxəssislərin təhlükəsizliyinə söz verib.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin xarici informasiya agentliklərinə müsahibəsində İranda atom elektrik stansiyasları inşa edən mütəxəssisləri haqqında danışıb. Bildirib ki, hazırda Buşehrdə 250 rusiyalı mütəxəssis var. Putin İsrail tərəfi ilə İrandakı həmin rusiyalı mütəxəssislərin təhlükəsizliyi barədə razılaşdıqlarını da söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   İsrail   Buşehr  


Bizi "telegram"da izləyin