İsrail dron zərbələri ilə iki Hizbullah komandirini zərərsizləşdirib - YENİLƏNİB

2025/05/1747058407.jpg
Oxunub: 528     11:58     19 İyun 2025    
İsrailin Livanın cənubuna endirdiyi dron zərbələri nəticəsində Hizbullahın iki komandiri zərərsizləşdirilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Öldürülən komandirlərdən birinin Hizbullahın Şeba bölgəsinin tank-əleyhinə bölməsinin komandiri Muhəmməd Əhməd Xreys olduğu və onun Nəbatiyə adlı əraziyə endirilmiş dron zərbəsi nəticəsində həlak olduğu bildirilir.

"Müharibə zamanı terrorçu İsrailə qarşı bir sıra hücumlar, o cümlədən 2024-cü il aprelin 26-da Dov dağında həyata keçirilən və İsrail Müdafiə Qüvvələrinin mülki podratçısı Şərif Səvadiyin həlak olması ilə nəticələnən tank əleyhinə raket hücumunu həyata keçirmişdi”, - IDF məlumatında qeyd olunur.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

***

İsrail ordusu Hizbullah komandirlərindən birini hədəfə alıb.

Ordu.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib ki, Hizbullahın tank əleyhinə bölməsinin komandiri Məhəmməd Əhməd Xreis Livanın cənub bölgəsində yerləşən Nəbatiə ərazisində öldürülüb.

Məlumatda qeyd olunur ki, İsrail ordusu Hizbullahın hərəkətlərini nəzarətdə saxlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin