Ordu.az nəşrə istinadən xəbər verir ki, LIMA-2025 sərgisində Türkiyə istehsalı olan TF-2000 esmineslərinin xüsusiyyətləri yaxından müşahidə edilib.
“Defensa”nın məlumatına görə, ASFAT tərəfindən dizayn edilən bu gəmilər aylardır istehsal mərhələsindədir.
Xəbərdə bildirilir ki, TF-2000 esminesinin uzunluğu təqribən 149 metr, subasımı qabiliyyəti isə 8300 tondur. Gəmi 2 qaz turbini və 2 dizel mühərrikli CODOG tipli hərəkət sistemi sayəsində maksimum 26 düyün sürətlə hərəkət edə biləcək. Mənzilin təxminən 8300 dəniz mili olması da diqqət çəkir.
Platforma şaquli atış üçün 2 ədəd VLS moduluna və ən azı 96 buraxılış borusuna sahib olacaq şəkildə dizan edilib. Qeyd olunub ki, TF-2000 esminesləri xüsusilə Hava Hücumundan Müdafiə (HHM) üzrə ixtisaslaşıb. Gəmi bütün növ təyyarə və gəmi əleyhinə raket sistemlərini, həmçinin təxminən 1000 kilometr mənzili olan qanadlı raketləri daşımaq qabiliyyətinə malikdir.
“Defensa” bəyan edib ki, TF-2000 Türkiyənin dəniz qüvvələrinin HHM imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və regional təhlükəsizliyə töhfə verəcək.
Sevinc Əliyeva
Ordu.az