Ordu.az xəbər verir ki, bu barədə şəhərin meri Karen Bass sosial şəbəkədə məlumat verib.
"30 min insan dinc insan etiraz etmək məqsədilə konstitusiya hüququndan istifadə etmək üçün bu gün şəhərə çıxıb", - o bildirib.
Nümayiş Trampın 79-cu doğum gününə təsadüf edən Vaşinqtonda hərbi paradın keçirildiyi gün bütün ölkə boyu keçirilən koordinasiya edilmiş “Krallara yox” hərəkatının bir hissəsi idi.
Qeyd edək ki, iyunun 7-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) qanunsuz mühacirlərin müəyyən edilməsi üçün kütləvi əməliyyatın keçirildiyi Los-Ancelesdə şəhər mərkəzində reydi nəticəsində yaranan iğtişaşlardan sonra ABŞ-nin bir çox ştatlnda Trampın siyasətinə etirazlar başlayıb.
Ordu.az