Sabah Al-Numan: "ABŞ İraqın hava məkanının pozulmasına görə məsuliyyəti üzərinə götürməlidir"

2025/06/1749965009.jpg
Oxunub: 417     09:29     15 İyun 2025    
İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah Al-Numan bildirib ki, İraq hökuməti ABŞ-dan tələb edir ki, iki ölkə arasında imzalanmış sazişlərə, beynəlxalq norma və konvensiyalara əsasən, öz məsuliyyətlərini üzərinə götürsün.

Ordu.az xəbər verir ki, bu barədə İraqın yerli mediasında məlumat yayılıb.

Məlumata görə, Baş Komandanının sözçüsü onu da bildirib ki, ABŞ İsrailin döyüş təyyarələri tərəfindən İraq hava məkanının mütəmadi pozulmasının qarşısını alsın.

Sabah Al-Numan qeyd edib ki, İraq İsrail tərəfindən hava məkanının pozulmasına qarşı praktik tədbirlər görüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İraq  


Bizi "telegram"da izləyin