SEPAH: İran İsrailin enerji mərkəzlərinə və yanacaq obyektlərinə hücum edib

2025/06/1749963606.jpg
Oxunub: 347     02:56     15 İyun 2025    
İran 15 iyun gecəsi İsrailin qırıcı təyyarələr üçün yanacaq istehsal edən obyektlərinə və enerji təchizatı mərkəzlərinə hücumlar həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.

Məlumata görə, İran İsrailin son hava hücumu zamanı üç qanadlı raketini və on zərbə dronunu havada məhv edib.

"Əgər İsrailin hücumları davam edərsə, İran ordusunun cavab əməliyyatları "daha sərt və genişmiqyaslı" olacaq", - SEPAH açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran   İsrail  


Bizi "telegram"da izləyin