WSJ: İranın ali dini lideri Xamenei İsrailin hədəf siyahısından çıxarılmayıb

2025/02/1739086706.jpg
Oxunub: 454     04:02     15 İyun 2025    
İranın ali dini lideri Əli Xamenei İsrailin hədəf siyahısından çıxarılmayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İsrail rəsmisinə istinadən məlumat yayıb.

O bildirib ki, İsrail hakimiyyəti İslam Respublikasının nüvə proqramının məhv edilməsi üçün potensial hədəfləri, o cümlədən Xameneini nəzərdən keçirir. Mənbənin sözlərinə görə, İsrail Ordusunun zərbələri təkcə İranın nüvə infrastrukturuna qarşı deyil, həm də onun siyasi və hərbi sabitliyini pozmaq üçün həyata keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xamenei   İsrail  


Bizi "telegram"da izləyin