İran XİN başçısının müavini: "İsrailin hücumları bitərsə, danışıqlar masasına qayıtmaq ehtimalı var"

2025/06/1749962523.jpg
Oxunub: 347     00:07     15 İyun 2025    
“Heç kəsin İrandan təmkinli olmasını istəməyə haqqı yoxdur”.

Ordu.az İran mediasına istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.

"Özünümüdafiə adı altında İsrailə raket hücumumuz tamamilə qanunidir, buna görə də, heç kəsin İrandan təmkinli olmasını istəməyə haqqı yoxdur", - diplomat qeyd edib.

XİN başçısının müavininin sözlərinə görə, İsrailin hücumları sona çatarsa, danışıqlar masasına qayıtmaq ehtimalı var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin