Ordu.az xəbər verir ki, bu barədə AEBA “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Daha əvvəl agentlik bu obyektdəki dörd kritik əhəmiyyətli binanın, o cümlədən uranın çevrilməsi obyektinin zədələndiyini bildirib.
AEBA bəyan edib ki, İranın İsfahandakı nüvə obyektləri bir neçə dəfə hücuma məruz qalıb.
İyunun 13-də İsrailin Müdafiə Ordusu İsfahandakı nüvə obyektinə hava zərbəsi endirdiyini bildirib. Uran istehsalı və zənginləşdirilməsi ilə məşğul olan müəssisələr, laboratoriyalar, infrastruktur obyektləri dağıdılıb.
Ordu.az