AEBA İsfahandakı nüvə obyektinə dəyən ziyanı təsdiqləyib

2025/06/1749921542.jpg
Oxunub: 421     21:17     14 İyun 2025    
Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İsrailin zərbəsindən sonra İsfahandakı nüvə obyektinə dəyən ziyanı təsdiqləyib.

Bu barədə Ordu.az agentliyə istinadən xəbər verir.

“AEBA -da mövcud olan məlumata görə, İsfahandakı nüvə obyektinə dünənki hücum nəticəsində 4 kritik binaya ziyan dəyib.

Natanz obyektində olduğu kimi, obyektin hüdudlarından kənarda radiasiya səviyyəsinin artması gözlənilmir”, - agentliyin sosial şəbəkədə yaydığı məlumatda deyilir.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, SEPAH-ın Hərbi Hava Qüvvələri komandanı Əmir Əli Hacızadə, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İsfahan  


Bizi "telegram"da izləyin