Çin XİN: İranın nüvə obyektlərinə hücum fəlakətli ola bilər

2025/06/1749921220.jpg
Oxunub: 403     21:02     14 İyun 2025    
İranın nüvə obyektlərinə hücum fəlakətli nəticələrə səbəb ola bilər.

Ordu.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

"İsrailin hərəkətləri BMT Nizamnaməsinin məqsəd və prinsiplərini, beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozub", - V.İ bildirib.

Nazir əlavə edib ki, Çin İsrailə təsiri olan ölkələri sülhü bərpa etmək üçün əməli səylər göstərməyə çağırır.

V.İ həmçinin qeyd edib ki, Çin İranın suverenliyini, qanuni hüquq və mənafelərini dəstəkləyir.

Çinin baş diplomatı vurğulayıb ki, Pekin vəziyyətin yumşaldılmasında konstruktiv rol oynamağa davam etmək üçün Tehran və müvafiq tərəflərlə əlaqə saxlamağa hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İran  


Bizi "telegram"da izləyin