Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB

2025/06/1749918117.jpg
Oxunub: 488     20:24     14 İyun 2025    
Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, liderlər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər.

"Putin Trampa ötən gün İran Prezidenti və İsrailin Baş naziri ilə apardığı telefon danışıqları barədə məlumat verib.

Putin ABŞ liderinə Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb. Tramp Yaxın Şərqdəki vəziyyəti çox narahatedici qiymətləndirib. Prezidentlər İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.

Putin Trampı ad günü və Amerika Bayrağı Günü münasibətilə təbrik edib.

Söhbət zamanı liderlər aktual məsələlərin həllinə imkan verən mövcud əlaqələrdən məmnunluqlarını ifadə ediblər", - Uşakov qeyd edib.

Putin Trampa bildirib ki, Rusiya iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır.

Prezidentin köməkçisi Putin-Tramp telefon danışığının 50 dəqiqə davam etdiyini söyləyib.

***

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında növbəti telefon danışığı olub.

Ordu.az TASS-a istinadən xəbər verir bu barədə jurnalistlərə Rusiya Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Rusiya və ABŞ liderləri arasında telefon danışığının müddəti 50 dəqiqə olub.

"Söhbət təxminən bir saat, daha dəqiq desək, 50 dəqiqə davam etdi. Məlumatlı, səmimi və ən əsası çox faydalı oldu", - Y.Uşakov deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin