İsrail Cənubi Pars qaz yatağını vurduqdan sonra hasilat dayandırılıb - YENİLƏNİB

2025/06/16282-1749915794.jpg
Oxunub: 3274     21:18     14 İyun 2025    
İsrailin zərbəsindən sonra İrandakı Cənubi Pars yatağının 14-cü fazasında 12 milyon kubmetr qaz hasilatı dayandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

***

İsrail İranın cənubundakı Cənubi Pars qaz yatağına xidmət edən obyekti vurub.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Şahidlərin sözlərinə görə, İsrail obyektə hücum etmək üçün kiçik pilotsuz uçuş aparatından istifadə edib. Obyektdə yanğın baş verib, yanğınsöndürmə briqadaları hadisə yerində işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin