Ordu.az xəbər verir ki, Serbiya parlamentində çıxış edən Cerlek prezident Aleksandr Vuçiçin ötən həftə “The Jerusalem Post” qəzetinə verdiyi açıqlamada Serbiyanın 2023-cü il oktyabrın 7-də başlayan döyüşlərdən dərhal sonra İsrailə hərbi yardım göndərdiyini bildirməsini tənqid edib.
Serbiyanın İsrailə silah yardımını “utanç verici” hesab etdiyini deyən Cerlek bu cür yardımların dərhal dayandırılmasını istəyib.
Üzvü olduğu Sülh və Dəyişiklik Partiyasının (SPP) İsrailə silah yardımını tamamilə dayandırması üçün Serbiya parlamentinə təklif təqdim edəcəyini bildirən Cerlek qeyd edib: “Bu, siyasi məsələ deyil, bu, insan əxlaqı məsələsidir”.
Xatırladaq ki, Vuçiç “The Jerusalem Post”a açıqlamasında deyib: “Avropada İsraillə hərbi sursat alveri edən yeganə şəxs mənəm”.
Daha öncə də Serbiyanın 2024-cü ildə İsrailə silah satışının 23 milyon avronu keçdiyi iddia edilsə də, rəsmi açıqlama verilməyib.
Sevinc Əliyeva
Ordu.az