Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
FNSS “Kaplan MT” (HARIMAU) Orta Çəki Sinfi Tank Kütləvi İstehsalı Uzunmüddətli Əməkdaşlıq Müqaviləsi çərçivəsində İndoneziya ordusu üçün “PT Pindad” ilə birlikdə hazırladığı və texnologiya transferi ilə İndoneziyada istehsalını tamamladığı “Kaplan MT” Orta Sinif Tanklarını 2024-cü ildə istifadəçiyə təhvil verib.
Türkiyənin ilk tank sinfi ixracatının həyata keçirildiyi bu layihədə əldə edilən uğur İndoneziya Müdafiə Nazirliyinin Tırtıllı Personal Daşıyıcı proqramında FNSS və “PT Pindad”ı seçməsində mühüm rol oynayıb.
“Kaplan” ZPD-si İndoneziyanın Cakarta şəhərində (11-14 iyun) keçirilən “Indo Defence Expo and Forum 2025”də “PT Pindad” stendində nümayiş etdirilir.
İstehsal fəaliyyətlərinin 2025-ci ildə başlaması gözlənilən layihədə ilk platforma FNSS-in Türkiyədəki müəssisələrində, ikinci platforma isə İndoneziyada “PT Pindad” tərəfindən istehsal ediləcək.
2026-cı ilin sonunda təhvil verilməsi planlaşdırılan platformalar son istifadəçi ehtiyaclarına uyğun dizayn ediləcək, sınaqları Türkiyə və İndoneziyada FNSS və “PT Pindad” tərəfindən aparılacaq.
Sevinc Əliyeva
Ordu.az