"Kaplan" sözünə uyğun 9 nəticə tapıldı!

Sudan və Rusiya hərbi əməkdaşlığı müzakirə edib

2018/08/sudan_defence_minister_receives_russian_ambassador_to_sudan_vladimir_zheltov_on_13_august_2018_suna_-91f04_1534236371.jpg
Oxunub: 923     17:32     14 Avqust 2018    
Sudan Müdafiə naziri Avad ibn Ouf Rusiyanın bu ölkədəki səfiri Vladimir Zeltovu qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasındakı hərbi əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Nazir Moskvanın rəsmi Xartuma qarşı göstərdiyi dəstəkdən məmnunluğunu ifadə edib və buna görə səfirə öz təşəkkürlərini çatdırıb.

Görüşdə Sudan Hərbi Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Qəməl Ömər Məhəmməd İbrahim və Rusiya səfirliyindəki hərbi attaşenin köməkçisi Antoni Kaplan da iştirak ediblər.

Öz növbəsində səfir Zeltov da iki ölkə arasındakı hərbi əməkdaşlığı yüksək qiymətləndirib və bu əlaqələri ortaq maraqlar üzərində qurulduğuna diqqət çəkib.

Xatırladaq ki, Sudan prezidenti Ömər əl-Bəşir ötən ay Rusiyaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşüb və liderlər yaxın gələcəkdə hərbi əməkdaşlığın dərinləşdirilməsinə razılaşıblar.

Həmin görüşdə Əl-Bəşir Rusiyaya Qırmızı dəniz sahilində aviabaza tikməyi və Sudan ordusunu Su-30 qırıcıları, yer-hava raketləri və digər Rusiya silahları ilə təchiz etməyi təklif edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sudan-Rusiya   Hərbi-əməkdaşlıq