Haitidə polis PUA-larla əməliyyat keçirib - 100-dən çox ölən var

2025/06/1749706551.jpg
Oxunub: 408     09:34     12 İyun 2025    
Haitinin paytaxtı Port-o-Prensin bir neçə rayonunda cinayətkar dəstələrə qarşı pilotsuz uçan aparatların iştirakı ilə irimiqyaslı əməliyyat keçirilib.

Ordu.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində mütəşəkkil dəstələrin azı 100 üzvünün həlak olduğu, çox sayda insanın yaralandığı bildirilir.

Yerli rəsmilər əməliyyat barədə açıqlama verməsələr də, Beynəlxalq İnsan Haqları Federasiyası (RNDDH) əməliyyatın həyata keçirildiyini təsdiqləyib.

Polisin bir neçə nöqtədə əməliyyatlarını davam etdirdiyi qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının Haiti üzrə nümayəndəliyinin məlumatına görə, təkcə bu ilin ilk üç ayında silahlı dəstələrin, özünümüdafiə qruplarının, təhlükəsizlik qüvvələrinin iştirakı ilə baş vermiş zorakılıqlar nəticəsində 1617 nəfər həlak olub, 580 nəfər isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Haiti   PUA  


Bizi "telegram"da izləyin