Rubio Rusiya vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edib

2025/01/1737554138.jpg
Oxunub: 368     08:47     12 İyun 2025    
ABŞ dövlət katibi Marko Rubio Rusiya vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edib və Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün Moskva ilə konstruktiv əməkdaşlıq etmək istəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

"Amerika xalqı adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik etmək istəyirəm. Biz həmçinin bu fürsətdən istifadə edərək ABŞ-ın Rusiya və Ukrayna arasında davamlı sülhü təmin etmək üçün Rusiya Federasiyası ilə konstruktiv əməkdaşlıq etmək istəyini bir daha təsdiqləyirik. Ümid edirik ki, sülh ölkələrimiz arasında qarşılıqlı faydalı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək", - məlumatda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Rusiya  


Bizi "telegram"da izləyin