Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
"Bu axşam mən Kristina Kirşnerə zəng etdim və onunla həmrəy olduğumu bildirdim", - Braziliya lideri sosial şəbəkədə yazıb.
"Onun mübarizəni davam etdirməkdə nə qədər qətiyyətli olduğunu görməkdən məmnun oldum", - paylaşımda qeyd edilir.
İyunun 10-da Ali Məhkəmə aşağı instansiya məhkəməsinin Fernandes de Kirşneri korrupsiya işi üzrə 6 il həbs cəzasına məhkum edən hökmünü qüvvədə saxlayıb. Məhkəmə onun dövlət vəzifəsində işləməsini də qadağan edib. Kristina Fernandes de Kirşner 2007-ci ilin dekabrından 2015-ci ilin dekabrına qədər Argentinanın Prezidenti olub.
Ordu.az