Qəzzada həlak olanların sayı 55 mini keçib

2024/10/1729659750.jpg
Oxunub: 471     17:15     11 İyun 2025    
İsrailin 7 oktyabr 2023-cü ildən intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında 55,104 nəfər həlak olub, 127,394 nəfər isə yaralanıb.

Ordu.az-ın Qəzza Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ölənlərin yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edir.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Ölüm  


Bizi "telegram"da izləyin