ABŞ və Çin ticarət razılaşmasına nail olub

2025/06/1749646495.jpg
Oxunub: 456     16:42     11 İyun 2025    
ABŞ və Çin demək olar ki, ticarət razılaşmasına nail olub.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O bildirib ki, ABŞ və Çin iki dövlətin liderləri tərəfindən təsdiqlənməli olan ticarət razılaşması əldə ediblər.

“Bizim Çinlə razılaşmamız demək olar hazırdır. Çin lideri Si və mənim son təsdiqimi gözləyir”, - Ağ Ev lideri vurğulayıb.

Onun sözlərinə görə, Çin ABŞ-ı nadir torpaq metalları ilə təmin edəcək:

“Nadir torpaq xammalı Çin tərəfindən təmin ediləcək. Biz isə razılaşdığımız kimi çinli tələbələrin kollec və universitetlərimizdən istifadəsini təmin edəcəyik".

Tramp bildirib ki, ABŞ 55%, Çin isə 10% tarif əldə edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin